Din Şurası bu gün fövqәladә iclas keçirib
‘’15 iyul Çevriliş Cәhdi vә Dinin İstismarına Qarşı Birlik, Hәmrәylik vә Gәlәcәyin Perspektivi’’ başlığı ilә hәyata keçirilәn Şura toplantısı sabah başa çatacaq.
Din Şurası Fәtullahçı Terror Tәşkilatı Paralel Dövlәt İdarәçiliyinin (FETÖ/PDY) iyulun 15-dә hәyata keçirdiyi xain çevriliş çәhdini, bu vә buna bәnzәr tәşkilatların ölkәyә, millәtә vә İslama verdiyi ziyanları vә atılacaq konkret addımları müәyyәn etmәk vә prosesi qiymәtlәndirmәk üçün bu gün fövqәladә iclas keçirib.
Fövqәladә iclasda Türkiyә Böyük Millət Məclisinin sədri İsmayil Kahraman, Baş nazirin müavini Numak Kurtulmuş, vә Din İşlәri üzrә İdarәnin rәhbәri Mehmet Görmәz iştirak ediblәr.
İclasda çıxış edәn Türkiyә Böyük Millət Məclisinin sədri İsmayil Kahraman xalqın iyulun 15-dә hәyata keçirilәn xain çevriliş cәhdinin qarşısını alaraq demokratiyaya sahib çıxdığını bildirib.
İ.Kahraman bildirib ki: ‘‘Biz Türkiyә Böyük Millәt Mәclisindә, din xadimlәrimiz mәscidlәrdә, vәtәndaşlarımız isә hәr yerdә bütün dünyaya demokratiya dәrsi verdik’’ deyә bildirib.
Baş nazirin müavini Numan Kurtulmuş da çixişi zamanı bildirib ki: ‘‘ Bu qәtillәr (Fәtullahçı Terror Tәşkilatı) İslam tarixinin üz qarası kimi tarixin qaranlıq sәhifәlәrinә keçәcәklәr. Bu tәşkilat ilә әlaqәsi olan heç kimә qarşı mәrhamәtli olmayacağıq’’ deyә bildirib.
Din İşlәri üzrә İdarәnin rәhbәri Mehmet Görmәz dә FETÖ-nun dinlә әlaqәsinin olmadığını qeyd edәrәk: ‘‘Bu növ davranışların islam ilә әlaqәsi yoxdur’’ deyә bildirib.
‘’15 iyul Çevriliş Cәhdi vә Dinin İstismarına Qarşı Birlik, Hәmrәylik vә Gәlәcәyin Perspektivi’’ başlığı ilә hәyata keçirilәn Şura toplantısı sabah başa çatacaq.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.