Binəli Yıldırım ölkənin bəzi özəl televiziyalarının qonağı olub

Türkiyənin Baş naziri Binəli Yıldırım ölkənin bəzi özəl televiziyalarının qonağı olub. Baş nazir canlı yayımlanan proqramda gündəmlə bağlı məsələlər ətrafında sualları cavablandırıb.

543613

Yeni qanun layihəsinin hazırlandığını və yaxın günlərdə bu barədə məlumat veriləcəyini deyən baş nazir əlavə edib ki, qanun layihəsində yer alacaq maddələrə dair hazırda mütəxəssislər çalışır. Ordunun bərpası üçün addımlar atılır. Ordumuzun gücü zəifləmədi, əksinə yeni düzəlişlərlə daha da güclü hala gələcəkdir. 

Baş nazir Binəli Yıldırım rəsmi Ankaranın avqustun 20-21 tarixlərində Amerika Birləşmiş Ştatlarından yüksək vəzifəli qonaq qarşılayacağına dair də məlumat verib.

Demokratiya keşiyinə də toxunan baş nazir vətəndaşlaradan demokratiya qoruyucusu olmaqda davam etmələrini xahiş edib. Türkiyənin hazırda həssas dövürdə olduğunu deyən Binəli Yıldırım xalqı bir olmağa çağırıb.

Baş nazir həftənin bazar günü İstanbulda geniş şəkildə “Demokratiya və Şəhidlər Aksiyası”nın keçiriləcəyinin, aksiyaya müxalifət partiyalarının da dəvət edildiyini bildirib.

Әlaqәli Xәbәrlәr