Türkiyәnin Bingöl şәhәrindә 6 polis şәhid olub

Türkiyədə PKK terrorçularının növbəti hücumu 6 polisin həyatına son qoydu

542825
Türkiyәnin Bingöl şәhәrindә 6 polis şәhid olub

Türkiyənin Bingöl şəhərində separatçı terror təşkilatı PKK-çıların xüsusi təyinatlı polisləri daşıyan xidmət maşınına tәşkil etdiyi bombalı hücum nәticәsindә  6 polis şəhid olub.
 
 Terrorçuların əvvəldən yol kәnarına yerlәşdirdiklәri  kustar üsulla hazırlanan  bombanın partlaması nəticəsində 1-i ağır olmaqla, 3 polis әmәkdaşı da yaralanıb.

Bingöl Valisi Selim Köşger  hücumun yol kәnarına yerlәşdirilmiş  vә bomba ilә yüklü bir avtomobil ilә hәyata keçirildiyini bildirib.

Hücumdan sonra qaçan  terrorçuların saxlanılması üçün  başladılan әmәliyyat davam edir.



Әlaqәli Xәbәrlәr