THY CİP zalının adı "15 İyul Demokratiya Qəhrəmanları Zalı" oldu

Türk Hava Yolları (THY)  İstanbul Atatürk havalimanı beynəlxalq uçuşlar terminalındakı CIP (Commercially Important Person) zalının adını, "15 İyul Demokratiya Qəhrəmanları Zalı" olaraq dəyişdirməyə qərar verdi.

542988
THY CİP zalının adı "15 İyul Demokratiya Qəhrəmanları Zalı" oldu
erol olçok wifi.jpg

  THY İdarə Heyəti və İcra Komitəsinin sədri İlker Aycı şirkətin aylıq nəşr orqanı olan "Skylife" jurnalına yazdığı yazıda Türkiyənin 15 iyul gecəsi çox əhəmiyyətli bir mərhələdən keçdiyini qeyd etdi, qərarın bu tarixi günü hər zaman yad etmək üçün verildiyini bildirdi.
 
 Aycı Fətullahçı Terror Təşkilatının (FETÖ)  xain təşəbbüsündən sonra THY-nin fəaliyyətlərinin qısa müddətdə qaldığı yerdən davamını təmin edən bütün şəxsi heyətə də təşəkkür etdi.
 
 THY, eyni zamanda, FETÖ terrorçularının mənfur çevriliş təşəbbüsünə etiraz edərkən Boğaziçi Körpüsündə oğlu Abdullah Tayyib ilə birlikdə həyatını itirən reklam agenti Erol Olçokun adını internet parolu olaraq müəyyənləşdirdi.



Әlaqәli Xәbәrlәr