Qarsda rütbəli şəxslərin evindən “İncil” tapılıb

15 iyulda çeviriliş cəhdindən sonra aparılan istintaq əməliyyatları çərçivəsində Qarsda nəzarətə alınan 2 mayor və gizlənməyə çalışan bir prokuror Burak Yılmazın evində “İncil” kitabları tapılıb.

542275
Qarsda rütbəli şəxslərin evindən “İncil” tapılıb

Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyulda çeviriliş cəhdindən sonra aparılan istintaq əməliyyatları çərçivəsində Qarsda nəzarətə alınan 2 mayor və gizlənməyə çalışan bir prokuror Burak Yılmazın evində “İncil” kitabları tapılıb.

Terror Təşkilatının “bölgə imamı” kimi fəaliyyət göstərməsi iddiasıyla axtarılan Burak Yılmazın hakim və prokurorların da üzvü olduğu sosial media sayında Fətullah Gülən haqqında təriflər paylaşdığı və sözügedən təşkilatı təbliğ etdiyi məlum olub.

Bundan başqa Qars Təhlükəsizlik İdarəsi əməkdaşları çevirilişə cəhddə iştirakı iddia edilən 14 Texniki Piyada Briqada Komandirliyinin mayorları, Sami Büberci və Haydar Küreş nəzarətə alınıb.

Onların evində axtarış zamanı “İncil” kitabları tapılıb.

Xatırladaq ki, daha əvvəl də Qarsda əməliyyatlar zamanı Kağızman bölgəsi üzrə imamlıq etdiyi bildirilən C.K-nın evində də bir ədəd “İncil” ələ keçirilmişdi.



Әlaqәli Xәbәrlәr