Pensilvaniyada Fətullah Gülənə qarşı etiraz edilib

Fəthullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) başçısı Fəthullah Gülənin Amerikanın Pensilvaniya ştatındakı bağ evinin qarşısında etiraz aksiyası keçirilib.

541979

Etirazçılar ABŞ prezidenti Barak Obamaya səslənərək hiyləgər və gizli sistemi vasitəsiylə Türkiyədə çeviriliş etməyə çalışan terror təşkilatının başçısı Fəthullah Gülənin dərhal həbs olunaraq Türkiyədə məhkəmə qarşısına çıxarılmasını istəyib.

Ölkənin müxtəlif ştatlarından etiraza qoşulan yüzlərlə insan güclü təhlükəsizlik tədbirləri ilə qorunan bağ evinin qapısı qarşısında şüarlar səsləndirilib. Plakatlarda “Türkiyədə çevrilişə yox”, “Xəyanətlərinə son qoy və Türkiyə məhkəməsinə çıx” kimi şüarlar yer alıb.

Nümayişçilər deyib ki, lazım gələrsə, Fəthullah Gülənin qaytarılması reallaşanadək hər gün etiraz keçirəcəklər.

ABŞ-da yaşayan türklər avqustun 7-si, bazar günü də paytaxt Vaşinqtonda Ağ Ev qarşısında böyük nümayiş təşkil edəcəklər. Bu nümayişdə müxtəlif millətlərdən də iştirak edəcəyi gözlənilir.

Әlaqәli Xәbәrlәr