Mehmet Şimşək  "CNN İnternational" televiziya kanalına müsahibə verdi

Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY)15 iyuldakı çevriliş cəhdinin uğursuzluğa uğraması Qərb dünyasını şok etdi.

542571
Mehmet Şimşək  "CNN İnternational" televiziya kanalına müsahibə verdi

 Amerika Birləşmiş Ştatlarının yüksək rütbəli hərbiçilərdən tutmuş media rəhbərlərinə qədər geniş spektrdə FETÖ/PDY dostluğu önə çıxarılarkən, açıq şəkildə "müttəfiqlərimiz nəzarətdədir" deyən belə oldu.
 
 Son olaraq Türkiyə Baş Nazirin Müavini Mehmet Şimşək "CNN İnternational" televiziya kanalının aparıcısı Richar Questin Türkiyənin dövlət çevrilişi cəhdindən sonra başlanan əməliyyatı tənqid edən bir sualı ilə qarşılaşdı.
 
Şimşəyin bu cavabı isə aparıcını susdurdu: "Hərbi çevrilişə qalxan insanlar əli silahlı şəxslərdir. Dövlətin helikopterləri, təyyarələri və silahları ilə dövlətin qurumlarını və milləti vurdular. Təsəvvür edin ki, Amerika Birləşmiş Ştatlarının konqres binası amerikan helikopterləri ilə vurulur, Pentaqon, Ağ Ev və FBI kimi qurumların binaları helikopterlərlə vurulur. O zaman siz nə edərdiniz?"

Şimşək Questin " Hüquqi normalar çərçivəsində bu çevriliş cəhdini necə idarə edəcəksiniz? " sualına "Bizi mühakimə etmək uşaqlıqdır. İnsanlar bunun qorxunc və şiddətli bir çevriliş cəhdi olduğunu unudurlar. İlk növbədə, bu çevriliş cəhdinin məqsədinin Türkiyədə demokratiya və hüququn aliliyini məhv etmək, qanuni hökuməti devirmək olduğunu qeyd etməliyəm. Bizim əmin olmaq istədiyimiz şey isə bunun bir daha heç vaxt təkrarlanmamasıdır. Bu çevriliş cəhdində olanların ədalətlə üzləşməsi lazımdır.  F16-lardan, helikopterlərdən istifadə etdilər. Xalqa və parlamentə hücum etdilər. İnsanlar bunları görməzlikdən gəlirlər" dedi.



Әlaqәli Xәbәrlәr