XİN, Hǝlǝb şǝhǝrinǝ istiqamǝtli hücumları pislǝyib

Türkiyǝ, Suriya rejimi və dəstəkçiləri tərəfindən qarşıdurmaların dayandırılması razılaşması vǝ terrora qarşı mübarizǝ bǝhanǝsi ilǝ Hǝlǝb şǝhǝrinin mühasirǝyǝ salınmasının qǝbul edilǝ bilmǝz hal olduğunu bildirib.

540065
XİN, Hǝlǝb şǝhǝrinǝ istiqamǝtli hücumları pislǝyib

Xarici işlər nazirliyindən verilǝn açıqlamada bildirilib ki, “Bir müddǝtdir Hələbdǝ şəhər mərkəzinin şərqindǝ hücumlar intensivlǝşib. Demǝk olar ki, Suriya rejimi və dəstəkçiləri tǝrǝfindǝn şǝhǝr mühasirǝyǝ salınıb. Bu vǝziyyǝtdǝn narahatlıq duyuruq”.

İnsanlıqla uyğunlaşmayan vǝziyyǝti aradan qaldıracaq addımların atılması üçün başda BMT olmaqla beynəlxalq ictimaiyyətǝ çağırış edilǝn açıqlamada vurğulanıb ki, “ Hələbə istiqamətli, dinç sakinlǝri və qeyri-infrastrukturu da hədəf götürǝn aviahücumlar dərhal dayandırılmalıdır. Hələb və Suriyanın digər bölgələrində mühasirə altında yaşayan milyonlarla dinç sakinin mǝruz qaldıqları geyri adi tətbiqlərdǝn ǝl çǝkilmǝlidir. Bu bölgǝlǝrdǝ yaşayan  əhalinin təhlükəsizliyi tǝmin edilmǝlidir. BMT-nin nǝzarǝtindǝ hümanitar yardımların çatdırılmasına icazǝ verilmǝlidir”.



Әlaqәli Xәbәrlәr