N. Kurtulmuş İqtisadiyyat Diplomatiyası toplantısında iştirak edib

Türkiyәnin Baş nazirinin  müavini Numan Kurtulmuş  Fetullahçı Terror Təşkilatı Paralel Dövlət İdarәçiliyinin  (FETÖ/PDY)  iyulun 15-dә çevriliş cәhdinin qarşısı alındıqdan sonra  "məğlub olduq" deyərək kənara çəkilməyəcəklәri ilә әlaqәdar  xəbərdarlıq edi

540536
N. Kurtulmuş  İqtisadiyyat Diplomatiyası toplantısında  iştirak edib

Numan Kurtulmuş  təşkilatın  Qərb dünyasında yaradacağı tәsәvvürlәrlә Türkiyəni küncə sıxışdırmağa çalışacağını deyib.

N. Kurtulmuş  Ankarada keçirilən İqtisadiyyat Diplomatiyası Toplantısında etdiyi çıxışında  ölkənin 15 iyulda, Türk siyasi tarixinin ən qara və yaxın tarixinin ən çətin gecəsini yaşadığını söylədi.

 ‘‘Çevriliş cәhd edәn FETÖ-cu dәstә vә onların iş ortaqlarınun mәğlub olduq deyәrәk kәnara çәkilmәyәklәri aşkardır’’ deyәn N.Kurtulmuş : ‘‘İllәrdir hazırlıq etdilәr. Çevriliş cәhdinin qarşısı alındı deyә  bundan imtina etmәyәcәklәr’’ deyib.

Çevriliş cәhdindә  iştirak etmiş bütün faktorların dövlətin orqanlarından təmizlənməsi üçün heç bir şəkildə güzəştə getmədən mübarizənin davam etdiriləcəyini bildirən N. Kurtulmuş: ‘‘Bunu edәrkәn  nә bu çevrilişçilәrә  mәrhamәt göstәrәcәyik nә dә  çevrilişçilәrdәn olmayan  insanlara qarşı әdalәtsiz olmayacağıq. Beləliklə  hüququn aliliyi prinsipləri çərçivəsində bu proseslər aparılacaq" deyә bildirib.



Әlaqәli Xәbәrlәr