Mövlud Çavuşoğlu ilә Şeyx Xalid bin Əhməd bin Məhəmməd Əl-Xəlifə arasında telefon danışığı olub

Türkiyәnin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilә  Bəhreynin  Xarici İşlər naziri Şeyx Xalid bin Əhməd bin Məhəmməd Əl-Xəlifə arasında telefon danışığı olub.

540610

  Qarşı tərəfin tələbi ilə həyata keçirilən telefon danışığında  Bəhreyn Xarici İşlər naziri  Əl-Xəlifə 15 İyulda hәyata keçirilәn  xain çevriliş cәhdini pislәyib vә  Türkiyədəki demokratik prosesə və seçilmiş hökumətə dəstək verdiklərini ifadə edərək  Türkiyə ilə həmrəy olduqlarını  vurğulayıb.

 Xarici İşlәr Naziri M Çavuşoğlu  hәmkarına dәstәyinә görә tәşәkkür edib.

 Digər tərəfdən, görüşdə ikitərəfli münasibətlər və qarşıdakı dövrdә  keçiriləcək yüksək səviyyəli səfərlər proqramı müzakirə olunub.

Görüş zamanı hәmçinin  Türkiyə-Körfəz Əməkdaşlıq Şurası Xarici İşlər Nazirlərinin 5-ci Strateji Dialoq Toplantısı ilә әlaqәdar  fikir mübadiləsi aparılıb.

Әlaqәli Xәbәrlәr