"Fətullah Gülən Usamə Bin Ladendən daha təhlükəlidir", Ö.Çelik

Türkiyənin Avropa  İttifaqı üzrә nazir Ömer Çelik Fәtullahçı Terror Tәşkilatı  (FETÖ) başçısı Fәtullah Gülәnin Əl-Qaidənin keçmiş lideri Usame Bin Ladendən daha təhlükəli olduğunu deyib.

540751
"Fətullah Gülən Usamə Bin Ladendən daha təhlükəlidir", Ö.Çelik

  Ölkənin özәl  televiziya kanalına müsahibә verәn Ömәr Çelik gündәmi dәyәrlәndirərək FETÖ başçısı Fətullah Gülənin ekstradisiya edilmәsinin  ABŞ ilə Türkiyə arasındakı münasibәtlәrә mühüm təsir edәcәyini deyib.

  ABŞ Mərkəz Qüvvələr komandiri Cozef Votelin "Əlaqәmiz olan bәzi komandirlər hәbsdədir" şәklindәki açıqlamasına da reaksiya verən Çelik bu mәsәlәnin ABŞ-ın Baş Qərargah rəisinin Türkiyəyә edәcәyi sәfәr zamanı gündəmə gələcəyini bildirib.



Әlaqәli Xәbәrlәr