Yunanıstandan sığınacaq istəyən əsgərlərin işi təxirə salınıb

Əsgərlərin vəkilləri bildirib ki, iş onların istəyi ilə təxirə salınıb. Hərbçilərin istəklərinə avqustun 19-25-də baxılacaq.

538603
Yunanıstandan sığınacaq istəyən əsgərlərin işi təxirə salınıb

Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi FETÖ/PDY-nin iyulun 15-də çevirilişə cəhdindən sonra Yunanıstana keçən 8 hərbçinin sığınacaq tələblərinə dair işlər bir ay müddətinə təxirə salınıb.

Əsgərlərin vəkilləri bildirib ki, iş onların istəyi ilə təxirə salınıb. Hərbçilərin istəklərinə avqustun 19-25-də baxılacaq.

Türkiyədə edam cəzasının yenidən bərpasını dəqiqləşdirmək məqsədiylə əlavə müddət tələb etdiklərini açıqlayan vəkillər deyib ki, əsgərlər Türkiyəyə göndəriləcəkləri təqdirdə həyati təhlükələrinin olub-olmayacağını bilmək istəyirlər.



Әlaqәli Xәbәrlәr