Vanda bir әsgәr şәhid olub

Türkiyәnin  Van şәhәrinin   İpekyolu qәsәbәsindә  terror hücumu nәticәsindә bir әsgәr şәhid olub, 2-si polis 3 tәhlükәsizlik әmәkdaşı yaralanıb.

537952
Vanda bir әsgәr şәhid olub

Türkiyәnin  Van şәhәrinin   İpekyolu qәsәbәsindә  terror hücumu nәticәsindә bir әsgәr şәhid olub, 2-si polis 3 tәhlükәsizlik әmәkdaşı yaralanıb.

Әldә olunan  mәlumata görә, Hacıbәkir mәhәllәsindә barrikada quraraq iki avtomobili yandıran terror tәşkilatı PKK üzvlәrinә qarşı әmәliyyat hәyata keçirilib.

Әmәliyyata dәstәk vermәk mәqsәdilә  bölgәyә göndәrilәn  zirәhli polis avtomobilinә terrorçulat tәrәfindәn iri çaplı silahlarla hücum  tәşkil edilib. Hücum nәticәsindә avtomobildәki bir әsgәr  şәhid olub, bir әsgәr dә yaralanıb.

Baş verәn qarşıdurma nәticәsindә  2 polis әmәkdaşı  yaralanıb. Terrorçulara qarşı әmәliyyatlar isә davam edir.

Diyarbәkirin Silvan qәsәbәsindә  isә terrorçuların iri çaplı silahlarla tәşkil etdiklәri hücum nәticәsindә 1 әsgәr dә şәhid olub.

İnşaatı davam edәn Silvan su bәndinin tәhlükәsizliyini tәmin edәn әsgәrlәrin  olduğu posta iri çaplı silahlarla tәşkil edilәn hücum nәticәsindә  bir әsgәr yaralanıb. Yaralanan әsgәr xәstәxanaya yerlәşdirilib.

Terrorçuların zәrәrsizlәşdirilmәsi üçün bölgәdә әmәliyyat başladılıb.



Әlaqәli Xәbәrlәr