“Həmrəylik kampaniyası” çərçivəsində şəhidlərin ailələrinə yardım ediləcək

Baş Nazirlik Fətullahçı Terror Təşkilatının çevrilişə cəhdi zamanı şəhid olan vətəndaşların ailələri üçün “Həmrəylik kampaniyası” başladıb.

536743
“Həmrəylik kampaniyası” çərçivəsində şəhidlərin ailələrinə yardım ediləcək

Baş Nazirlik Fətullahçı Terror Təşkilatının çevrilişə cəhdi zamanı şəhid olan vətəndaşların ailələrinə “Həmrəylik kampaniyası” yardımına başlayıb.

Baş nazir Binəli Yıldırımın imzaladığı göstərişdə bildirilib ki, çevriliş cəhdinin qarşısı Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın fərasəti, hökumətin qətiyyətli mövqeyi və əziz millətin dövlətinə və demokratik iradəsinə sahib çıxması nəticəsində alınıb. “Həmin xəyanətkar çevirilişə cəhd zamanı şəhid olan vətəndaşlarımızın ailələrinin kədərlərini bir qədər də olsa azaltmaq və yaralı olan insanların acılarına şərik olmaq məqsədilə hökumətimiz şəhid və gazilərimizə mövcud bütün haqq və hüquqların onlara da şamil edilməsi üçün bütün imkanları səfərbər edilib.”-deyə göstərişdə vurğulanır.

Kampaniya ilə bağlı “Ziraat bank”, "Vakıf bank” və “Halk bank”da hesablar açılıb.

Yardım etmək istəyənlər həmçinin “Turkcell", “Vodafone” və “Türk-Telekom” kimi GSM operatorlarının 15 07 nömrəsinə “15 İyul” yaza bilərlər. Hər bir şəxsi hesabdan 5 lirə çıxılacaq.



Әlaqәli Xәbәrlәr