Fətullahçı Terror Təşkilatının B planı

Fətullahçı Terror Təşkilatının iyulun 15-də hərbi çeviriliş planlarının qarşısının alınacağı təqdirdə B planlarının olduğunun üstü açılıb.

537002
Fətullahçı Terror Təşkilatının B planı

 Fətullahçı Terror Təşkilatının iyulun 15-də hərbi çeviriliş planlarının qarşısının alınacağı təqdirdə B planlarının olduğunun üstü açılıb.

Xəyanətkar şəbəkə iyulun 15-də hərəkətə geçməsəydi, Cumhurbaşqanlığının Mühafizə Alayının 3 gün sonra (18 iyul) yaradılmasının ildönümündə bütün protokolu məhv ediləcəkmiş.

Çevrişə cəhd edənlərin planına görə mərasimdə iştirak səbəbiylə toplanacaq və dövlətin zirvəsinə qaşı sui-qəsd reallaşdıracaqlarmış.

İyulun 18-i bazar ertəsi axşamı saat 18:00 radələrində keçirilməsi nəzərdə tutulan mərasimə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, TBMM sədri İsmayıl Kahraman, Baş nazir Binəli Yıldırım, Milli Müdafiə naziri Fikri İşıq, eyni zamanda ölkə başçısının bütün məsləhətçiləri dəvətli idi.

Mərasim dəvətnamələrində həyata keçirilməsi nəzərdə tutulan qanlı planın izlərinə rast gəlmək olur.

Xuntaçılar (hakimiyyəti silah gücünə devirməyə çalışan bir qrup əsgər və siyasi şəxs) dəvət edilən yüksək vəzifəlinin mərasimdə iştirakını dəqiqləşdirdikdən sonra məlumatın telefon nömrəsi vasitəsiylə ötürülməsinə cəhd göstəriblər.

Verilən nömrə mərasimdə reallaşdırılması planlaşdırılan “sui-qəsd” cəhdinin ortaya çıxmasına əhəmiyyətli detal kimi səbəb olub.

Telefon nömrəsi vasitəsiylə sözügedən mərasimdə iştirakı dəqiqləşənlərdən tutmuş, kimin harada oturacağına dair bütün məlumatlar ötürülüb. Bu məlumatlarla “sui-qəsd”in necə törədiləcəyinə dair tədbirlər görüləcəkmiş.

İddialara görə həmin gecə əsas hədəf sui-qəsd nəticəsində dövlət rəhbəri və digər səlahiyyətlilərinin eyni anda aradan qaldırılması imiş.

Buna sonra isə əvvəlcədən təyin olunmuş əsgərlər dövrəyə girəcəklərmiş. Mərasimdə hərbi formalı FETÖ-çulardan biri dövlət başçısı R.T.Ərdoğanı öldürəcək və dövlət protokolunu məhv edəcəkmiş.  Digər bir neçə əsgər isə həmin hərbçini öldürəcək sonra isə “bu əsgər cinayət törətdi. Ona görə öldürüldü” deyiləcəkmiş. Bununla da dəlillər aradan qaldırılmış olacaqdı.



Әlaqәli Xәbәrlәr