Baş Qәrarqah rәisi Hulusi Akar Daxili İşlәr Nazirliyindә olub

Hulusi Akar və  Qüvvə Komandanları  Daxili İşlәr Nazirliyinә  gedәrәk  xain çevriliş çәhdi nәticәsindә hәyatını itirәnlәr ilә әlaqәdar  Efkan Alaya başsağlığı verib.

536562
Baş Qәrarqah rәisi Hulusi Akar Daxili İşlәr Nazirliyindә olub
Akar Ala ziyaret1.jpg

Hulusi Akar və  Qüvvə Komandanları  Daxili İşlәr Nazirliyinә  gedәrәk  xain çevriliş çәhdi nәticәsindә hәyatını itirәnlәr ilә әlaqәdar  Efkan Alaya başsağlığı verib.

Burda çıxış edәn Hulusi Akar  heç bir qüvvәnin  Türkiyәnin inkişafına mane ola bilmәyәcәyini  bildirib.

Nazir Ala, Baş Qәrarqah rәis vә Qüvvә Komandanları daha sonra Polis İdarәsinә keçib.

Binanın terrorçular tәrәfindәn bombalanan  hissәsindә tәdqiqat aparan Hulusi Akar  bir daha polis ilә әsgәrin  qarşı-qarşıya gәlmәyәcәyini vurğulayub.

Akar: ‘‘Ölkәmizin  birlik vә bütövlüyü üçün çiyin çiyinә mübarizә aparacağıq’’ deyә bildirib.

Daha sonra heyәt  Xüsusi Tәyinatlı polis bölmәsinә baş çәkib.

Burda çıxış edәn  Daxili İşlәr naziri Efkan Ala bu xain cәhdә tәşәbbüs edәnlәrin bu vәtәnin övladı olmadığını  qeyd edib.

Daha sonra Türkiyә Böyük Millәt Mәclisinin  sәdri İsmail Kahraman tәrәfindәn  qәbul edilәn  Hulusi Akar vә Qüvvә Komandanları  dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan  ilә dә bir araya gәlәcәklәr.
 



Әlaqәli Xәbәrlәr