Türkiyədə çevirilişə cəhddən sonra əməliyyatlar davam edir

Türkiyədə çevirilişə cəhddən sonra Fətullahçı Terror Təşkilatına xidmət edən hakim və prokurorlara qarşı aparılan əməliyyatlar davam edir.

536044
Türkiyədə çevirilişə cəhddən sonra əməliyyatlar davam edir

Türkiyədə çevirilişə cəhddən sonra Fətullahçı Terror Təşkilatına xidmət edən hakim və prokurorlara qarşı aparılan əməliyyatlar davam edir.

Əməliyyatlar nәticәsindә  2 rayon Jandarm Komandiri və 8 hərbçi saxlanılıb. 15 əsgər və 3 hərbi hakim həbs olunub.

 Konyada 3, Kayseridә 2, Bartında 1, Niğdәdә1, vә İspartada 1 vali müavini  hәbs olunub.

 Әmәliyyatlar çәrçivәsindә  aralarında rütbəlilərin  də olduğu 109 polis әmәkdaşı  vәzifәlәrindәn kәnarlaşdırılıb.

263 dövlәt qulluqçusu  vәzifәdәn uzaqlaşdırılıb. 14 müәllim hәbs olunub. 

Digәr tәrәfdәn  ‘‘paralel quruluşla’’ әlaqәsi olduğu sәbәbilә  9 nәfәr  hәbs olunub, 14 nәfәr saxlanılıb vә 16  nәfәr barәsindә hәbs qәrarı verilib.

Bu arada, Ankara Cümhuriyyət Baş Prokurorluğu tərəfindən   FETÖ-nun  çevriliş cәhdindәn sonra başladılan istintaq  çәrçivәsindә  daha 17 hakim  hәbs olunub.

 İstanbulda da  Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş  cәhdindәn sonra hakimlər və prokurorlar haqqında başladılan istintaq çərçivəsində 218 nəfər həbs olunub.



Әlaqәli Xәbәrlәr