"Deyirlər, ikinci, üçüncü mərhələ gələcək…” R.T.Ərdoğan

“Biz yalnız təhsillə məşğuluq, silahla işimiz olmaz” deyən bir dini qrupun millətin puluyla əldə olunan silahları millətə qarşı istifadə etmək kimi alçaq, xain və namussuz iş qurduqlarını da gördük"

535574
"Deyirlər, ikinci, üçüncü mərhələ gələcək…” R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan çevrililşə cəhdlə bağlı gəzən söz-söhbətlərə belə cavab verib: "Deyirlər, ikinci, üçüncü mərhələ gələcək. Nə qədər mərhələniz varsa, hamısıyla birlikdə gəlin".

  Ərdoğan Türkiyə Böyük Millət Məclisinin mərasim salonunda etdiyi çıxışında demokratik hüquqi dövləti yıxmağa silahlı təşəbbüsün arzuolunmaz hal olduğunu dilə gətirərək parlament binasının indiki vəziyyətinin qarşısında böyük təəssüf yaşadığını, 15 iyulda Məclisə hücum edənlərin bu millətin övladı ola bilməyəcəyini, bunların əsgər paltarına bürünmüş terrorçu olduqlarını deyib.

  Dövlət başçısı bunları söyləyib: “PKK, onun Suriya davamı PYD və ayrıca DAEŞ kimi terror təşkilatları var. Amma “Biz yalnız təhsillə məşğuluq, silahla işimiz olmaz” deyən bir dini qrupun millətin puluyla əldə olunan silahları millətə qarşı istifadə etmək kimi alçaq, xain və namussuz iş qurduqlarını da gördük. Bu müvəffəqiyyətsiz çevriliş cəhdilə özlərini göstərdilər.”

  Fətullahçı terror təşkilatı FETÖ-nün yayılan xərçəng virusuna bənzədiyini, bunun tam mənasıyla kəsilməsi lazım olduğunu bildirən Ərdoğan ortalıqda gəzən virusların da mərhələlərlə aradan qaldırılacağını qeyd edib.

  Sonra Türkiyə başçısı elan edilən fövqəladə vəziyyətin səbəblərinə toxunaraq deyib: "Fövqəladə vəziyyət demokratikləşmə müddətinin sürətləndirilməsini təminat altına alma adımıdır. Fövqəladə vəziyyət sürətlə qanunlar çıxarılması, parlamentin daha yaxşı çalışması, təmizləmə əməliyyatının sürətləndirilməsi, qısa zamanda Fətullahçı və digər terror təşkilatlarından dövlətimizin arınması hadisəsidir."

  Ərdoğanın gündəmində iqtisadiyyat də vardı. Dövlətin infrastruktur və böyük investisiyalara əsla ara verməyəcəyini vurğulayan dövlət başçısı sahibkarlara işlərini qətiyyətlə davam etdirmələrini tövsiyyə edib.

  Bütöv adı “Standard & Poor”, ixtisarı “S & P” olan beynəlxalq reytinq təşkilatının Türkiyəni son qiymətləndirməsiylə əlaqədar isə Ərdoğan münasibətini belə bildirib: "Sənə nə? Sən kimsən? Həddini bil! Sən Türkiyə ilə əlaqədar belə bir şərh vermək səlahiyyətinə malik deyilsən”. Amma təbii ki, bunların dərdi başqadır. Etdikləri şərhlərin hamısı siyasidir. Bu da Türkiyə düşmənçiliyindən gəlir".



Әlaqәli Xәbәrlәr