Türkiyə ABŞ-dan nə istədiyini açıq bəyan edib: M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkəsi Amerika Birləşmiş Ştatlarından istəklərini açıq şəkildə ortaya qoyur.

535070
Türkiyə ABŞ-dan nə istədiyini açıq bəyan edib: M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkəsi Amerika Birləşmiş Ştatlarından istəklərini açıq şəkildə ortaya qoyur. Əgər ABŞ istənilən terrora qarşı birgə əməkdaşlıq edirsə, bununla bağlı qəti nəticələrin olması zəruridir.

“TRT Haber”, Xəbər və İdman Verilişləri Departamentinin rəhbəri Yaşar Taşkın Qoçun suallarını cavablandıran Çavuşoğlu Fətullah Gülənin qaytarılması üçün danışıqların davam etdirildiyini bildirib.

ABŞ-ın ortaq heyət komissiyasının təklifinə dair müzakirələrə hazır olduqlarını deyən xarici işlər naziri müvafiq məlumat və dəlillərin toplanıldığını, bütün sənədlərin ABŞ-a çatdırıldığını qeyd edib. Sözügedən məsələ ilə bağlı müsbət nəticə alınacağına ümid etdiklərini bildirən xarici işlər naziri ABŞ-ın Güləni qaytarması üçün dəlil istəndiyi iddialarını “dəlil hərəkatın özüdür” deyə cavablandırıb.

Fətullah Gülənin hər hansı başqa bir ölkəyə qaçmasına yol verilməməsinin vacibliyini vurğulayan xarici işlər naziri deyib ki, FETÖ-nun başçısı Türkiyəyə gətirmək istəyirik. ABŞ-dan da istəyimiz son dərəcə sadə və qətidir. Türkiyədə çevirilişə cəhdin arxasında duran bu şəxs orada saxlanılmamalıdır.

Xarici işlər naziri Yunanıstana sığınan cevirilişə cəhd edənlər haqqında aparılan hüquqi prosesi isə yaxından təqib etdiklərini bildirib. Mövlud Çavuşoğlu əlavə edib ki, hərbi çevirilişə cəhd edənlərin siyasi sığınacağa dair tələbi var. Lakin Yunanıstan hakimiyyətindən əməkdaşlıq, ədalətli davranış gözləyir və xəyanətkarların Türkiyəyə qaytarılmasını diqqətə çatdırırıq.

Bu arada Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ da Fətullah Gülənin ekstradisiyasına dair tələb edilən daha konkret dəlillərin bu gün göndəriləcəyini açıqlayıb. ABŞ-ın Türkiyədə çevirilişə cəhdin arxasında Fətullah Gülənin durduğunu artıq yaxşı başa düşdüyünü vurğulayan Ədliyyə naziri deyib ki, Gülənin qaytarılması üçün şəxsən özü də gedə bilər.



Әlaqәli Xәbәrlәr