Qarşısı alınan çevriliş cəhdindәn sonra əməliyyatlar davam edir

Türkiyədə çevirilişə cəhddən sonra Fətullahçı Terror Təşkilatına xidmət edən hakim və prokurorlara qarşı aparılan əməliyyatlar davam edir.

533743
Qarşısı alınan  çevriliş cəhdindәn sonra əməliyyatlar davam edir

Türkiyədə çevirilişə cəhddən sonra Fətullahçı Terror Təşkilatına xidmət edən hakim və prokurorlara qarşı aparılan əməliyyatlar davam edir.

Milli Müdafiə Nazirliyi  çevriliş cәhdi ilә әlaqәli  hәrbi hakim vә prokurorlar haqqında  istintaq əmri verib.

 Bu çərçivədə vəzifədən azad edilən  262 hərbi hakim və prokurordan 63-ü həbs olunub.

Saxlanılan şübhəlilərdən  2 min 843-ü hakim vә prokuror, 2-si Konstitusiya Məhkəməsi, 140  Kassasiya Məhkəməsi  vә 48-i isә  Dövlət Şurasının üzvüdür.

Bunlardan  979-u  saxlanılıb, 180-i  isә mәhkәmәnin  nəzarət şərti ilə sərbəst buraxılıb.

Uğursuz çevriliş cәhdi ilә bağlı  bu anadәk 118 general vә admiral  saxlanılıb.

Bunlardan  bir qisminin sorğusu davam edir,  bir  qismi isә әdliyyәyә oranlarına göndərilib.

Ali Tәhsil Qurumunun tәlәbi ilә 1176-sı dövlət, 41-i isə vəqf üniversitelerinden olmaqla  1577 dekan istefa verib.

Ali Tәhsil Qurumu ikinci bir әmrәdәk  Türkiyә daxilindә alimlәrin elmi işlәr üçün xaricә göndәrilmәlәrinә  qadağa  qoyub. Ölkә xaricindәki alimlәrә isә ölkәyә qayıtmaları ilә әlaqәdar xәbәrdarlıq edilib.

 Türkiyə Böyük Millət Məclisində yüksək vәzifәli  8 rəhbər tutduqları vəzifədən azad edilib, iki rəhbərin də vəzifə yerləri dəyişdirilib.

 Milli Təhsil Nazirliyinin  6 min 538 әmәkdaşı daha  vəzifəlәrindən azad ediliblәr.

 Gənclər və İdman Nazirliyinin  245, Ekologiya və Şəhərsalma Nazirliyinin  70 әmәkdaşı  vәzifәdәn azad edilib.

 Dini İşlәr İdarәsinin  tәxminәn 492 әmәkdaşı tutduqları vәzifәlәrindәn azad edilib.

 Baş nazirlik vә Nazirliklәrdә çevriliş cәhdi ilә bağlı  әmәliyyatlar davam edir.



Әlaqәli Xәbәrlәr