Yunanıstana sığınan 8 hərbçinin ifadəsi alınır

Fetullahçı Terror Təşkilatının iyulun 15-də çevirilişə cəhdində iştirak edəndən sonra hərbi vertolyotla Yunanıstana qaçaraq siyasi sığınacaq istəyən 8 əsgərin Miqrantlar üzrə Komissiyada  ifadəsi alınıb.

532604

Səhər erkən saatlarda saxlanıldıqları Ferecik həbsxanasından polisin nəzarəti və zirehli mikroavtobusla Dedeağaç şəhəri yaxınlığında yerləşən Miqrantlar üzrə Komissiyaya aparılan əsgərlər binanın girişində gözləyən jurnalistlərdən yayındırılaraq arxa qapıdan içəriyə alınıb.

Çevirilişə cəhd edənlərin komissiyada fotoları çəkiləcək və sığınacaq istəklərinə dair sorğulanacaqlar. Günorta saatlarınadək davam etməsi gözlənilən ifadədən sonra onlar təkrarən saxlanıldıqları həbsxanaya aparılacaq.

Yunanıstanda qanuna görə siyasi sığınacaq istəyənlərin işinə maksimum 3 həftə ərzində baxılır.

Әlaqәli Xәbәrlәr