"Vətəndaşlarımızın meydanlara toplanmalarını xahiş edirəm", B.Yıldırım

Baş nazir sosial media şəbəkəsi “Twitter” hesabından "Vətəndaşlarımızın meydanlara toplanmalarını xahiş edirəm" yazısı ilə birgə 38 saniyəlik bir video paylaşıb

530391
"Vətəndaşlarımızın meydanlara toplanmalarını xahiş edirəm", B.Yıldırım

  Türkiyənin Baş naziri Binəli Yıldırım Fetonun (Fetullahçı Terror Təşkilatı) çevriliş cəhdilə əlaqədar nəzarətə alınmaların davam etdiyini söyləyərək vətəndaşların meydanları boşaltmamalarını istəyib.

  Yıldırım sosial media şəbəkəsi “Twitter” hesabından "Vətəndaşlarımızın meydanlara toplanmalarını xahiş edirəm" yazısı ilə birgə 38 saniyəlik bir video paylaşıb.

  Vətəndaşlara səslənən Yıldırım bu ifadələri işlədib: "Nəzarətə alınmalar davam edir. Hadisələr sona çatana qədər vətəndaşlarımızın meydanları tərk etməmələri, hətta səhər işıqlarında qalxan bütün vətəndaşlarımızın da Ankara və İstanbul meydanlarına axışmasını xüsusi xahiş edirəm. İşlərimiz planlaşdırılan şəkildə davam edir. İnşaallah, bu caniləri, bu terror təşkilatı mənsublarını zərərsizləşdirəcəyik.”



Әlaqәli Xәbәrlәr