“Türk xalqı bütün dünyaya çevrilişə cəhdin qarşısının necə alınacağını  göstərdi”, Ə. Ala

Daxili İşlər naziri Əfkan Ala Türk xalqının çevrilişə cəhdin qarşısının necə alınacağını bütün dünyaya göstərdiyini söyləyib.

530751

Nazir Türkiyə Böyük Millət Məclisində jurnalistlərə açıqlamasında deyib ki, heç kəs millətin iradəsini yox saya bilməz. Vətəndaşları bugün axşam da meydanlarda qalaraq vəziyyətə sahib çıxmağa dəvət edirəm.

Ölkədə hər şəyin dövlətin nəzarətində olduğuna dair tərəddüd olmadığını bildirən Əfkan Ala bildirib ki, amma heç nəyi təhlükə  ilə üzləşdirməməliyik. Məclisimiz belə bombalandı. Qeyri-insani hücumlarını gördük. Hazır olmaq lazımdır.

Lazım gələn bütün tədbirlərin görüldüyünü vurğulayan nazir açıqlamasını bu sözlərlə yekunlaşdırıb: millətimizə minnətdarıq.

Daxili İşlər nazirinin jurnalistələrə açıqlama verdiyi dəqiqələrdə əllərində Türk bayraqları olan yüzlərlə vətəndaş TBMM qabağında demokratiyaya dair şüarlar səsləndirərək çevriliş əleyhinə nümayiş başladıb.

Әlaqәli Xәbәrlәr