Türkiyǝ Nice şǝhǝrindǝ törǝdilǝn xain hücumu lǝnǝtlǝyib

Baş nazir Binali Yıldırım, Fransanın Nice şəhərində hǝyata keçirilǝn xain terror hücumunu lǝnǝtlǝyib

529776
Türkiyǝ Nice şǝhǝrindǝ törǝdilǝn xain hücumu lǝnǝtlǝyib

Yıldırım, İnsanlıq cinayǝti olduğuna  inandığını  ifadǝ  etdiyi   terrorun kimi, nə zaman harada hǝdǝf götürǝcǝyini proqnozlaşdırmanın çǝtin olduğunu vurğulayıb.

Fransada törǝdilǝn xain hücumu lǝnǝtlǝdiyini ifadǝ edǝn Baş nazir Binali Yıldırım, terrora qarşı beynəlxalq mübarizə aparan bütün dünya ölkələriylə ǝmǝkdaşlıq edǝn Türkiyənin, Fransa xalqının kǝdǝrini bölüşdüyünü, həyatını itirǝnlǝrǝ rəhmət, yaralılara tǝcili şǝfa arzuladığını qeyd edib.

Baş nazirin müavini Numan Kurtulmuş da, xain hücumu qınadığını, Fransız xalqının ağrılarına şǝrik olduğunu ifadǝ etdikdǝ, Prezidentin sözcüsü İbrahim Kalın  hücumu törǝdǝnlǝrin, insanlıqla, dinle heç bir əlaqəsinin olmadığını, bu vəhşilərǝ dünyada yaşamaq haqqı vermǝmǝyin lazım gǝldiyini vurğulayıb.

Xarici işlər naziri Mevlüt Çavuşoğlu da alçaq hücumu pislǝyib vǝ həyatını itirənlərin yaxınlarına, Fransa xalqına və hökumətinə başsağlığı verib.

Çavuşoğlu: “Türkiyǝ konqret nǝticǝ hasil olanadǝk terrora qarşı mübarizǝnin davam etmǝsinin vacibliyinǝ inanır vǝ terrora qarşı mübarizədə Fransa və bütün digər tərəfdaşlarla əlaqələrini davam etdirǝcǝk”.

 



Әlaqәli Xәbәrlәr