"İnsanlar bu gözǝlliklǝri xatırlayacaq, xaos yaradanları isǝ unudacaqdır", N.Kurtulmuş

Baş nazirin müavini  vǝ hökumǝt nümayǝndǝsi Numan Kurtulmuş terrora qarşı birlikdǝ bir siyasi iradǝ ortaya qoyacaqlarını söylǝyib.

526740
"İnsanlar bu gözǝlliklǝri xatırlayacaq, xaos yaradanları isǝ unudacaqdır", N.Kurtulmuş

Baş nazirin müavini  vǝ hökumǝt nümayǝndǝsi Numan Kurtulmuş terrora qarşı birlikdǝ bir siyasi iradǝ ortaya qoyacaqlarını söylǝyib.

Numan Kurtulmuş İstanbul Konqres Mǝrkǝzindǝ tǝşkil edilǝn YUNESCO-nun Dünya İrs Komitǝsinin növbǝti yığıncağının açılış iclasında çıxış edǝrǝk deyib ki, heç şübhǝ yoxdur ki, müharibǝlǝrǝ, toqquşmalara, işğal vǝ tǝzyiqlǝrǝ, hǝmçinin terrora qarşı birlikdǝ bir siyasi iradǝ ortaya qoymalıyıq. Amma bununla yanaşı insanlığın bu mǝnfiliklǝrǝ qarşı verǝcǝyi ǝn yaxşı cavab mǝdǝniyyǝt vǝ sǝnǝt ǝsǝrlǝrinin sayını artırmaq vǝ onları qorumaq olacaqdır. İnsanlar bu gözǝlliklǝri xatırlayacaq, xaos yaradanları isǝ unudacaqdır.

Yığıncağın İstanbulda vǝ belǝ önǝmli bir zamanda baş tutmasının dǝyǝrli olduğunu vurğulayan Numan Kurtulmuş xüsusilǝ Türkiyǝnin dǝ yerlǝşdiyi bu coğrafiyada, terrorun hǝr növünün hǝyata keçirildiyi, sadǝcǝ insanların deyil, hǝmin zamanda tarixin dǝ tǝxrib edildiyi bir coğrafiyada bu yığıncağın keçirilmǝsinin terrora qarşı hǝmrǝylik baxımından verilǝcǝk ǝn önǝmli cavablardan biri olduğunu vǝ buna görǝ dǝ hǝr kǝsǝ Türkiyǝ Cümhuriyyǝti hökumǝti adından tǝşǝkkür etdiyini bildirib.



Әlaqәli Xәbәrlәr