Türkiyədə xaricilərə iş icazəsi

TBMM İdarə Heyətində bu həftə xaricilərin qeydiyyatsız – qeyri-qanuni çalışmasının qarşısının alınması və yerli-xarici əmək tarazlığı qurulmasını nəzərdə tutan Beynəlxalq İşgücü Qanunu Layihəsinin müzakirələri planlaşdırılır

526453
Türkiyədə xaricilərə iş icazəsi

  Türkiyə Böyük Milllət Məclisi (TBMM) Ramazan Bayramı münasibətilə bir həftəlik tətildən sonra işinə davam edir.

  TBMM İdarə Heyətində bu həftə xaricilərin qeydiyyatsız – qeyri-qanuni çalışmasının qarşısının alınması və yerli-xarici əmək tarazlığı qurulmasını nəzərdə tutan Beynəlxalq İşgücü Qanunu Layihəsinin müzakirələri planlaşdırılır.

  Qanuna görə, Əmək və Sosial Müdafiə Nazirliyi xarici məşğulluq tələblərinə baxacaq, beynəlxalq işçi qüvvəsinin təsirini izləyəcək, xarici müraciətlərə nəzər yetirəcək, qiymətləndirəcək və monitorinq sistemi quracaq.

  Səhiyyə və təhsil sahələrində çalışacaq xaricilərin iş icazəsi müraciətlərindən əvvəl ön icazə veriləcək. Beynəlxalq İşgüzar Siyasət Məşvərət Heyəti yaradılacaq.

  Türk soylu olduğu bildirilən, Şimali Kıprıs (Kipr) Türk Respublikası (KKTC) və Avropa İttifaqına (AB) üzv ölkə vətəndaşlarından elmi, mədəni, bədii və ya idman məqsədilə Türkiyəyə gələn, müəyyən uğurları olan xaricilər iş icazəsilə bağlı istisnalardan faydalanacaq.

  Nazirlər Kabineti ölkə mənfəətlərinə faydası olacağı halda əcnəbilərə iş icazəsi və ya işdən azadetmə əmrlərini təyin edəcək.

  Beynəlxalq İşgüzar Siyasət Məşvərət Heyəti və Nazirlik tərəfindən müraciəti uyğun görülən xaricilərə Turkuaz Kart veriləcək.

  Türkiyədə ali təhsil məktəblərində müəyyən təhsil proqramlarıyla qeydiyyata düşən xarici tələbələr yalnız iş icazəsi aldıqdan sonra işləyə biləcək.



Әlaqәli Xәbәrlәr