Uels Sammiti qərarları nəzərdən keçiriləcək

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Polşanın paytaxtı Varşavada 8-9 iyul tarixlərində olacaq NATO Dövlət və Hökumət Başçıları Sammitində iştirak edəcək

524907
Uels Sammiti qərarları nəzərdən keçiriləcək

   Zirvə toplantısında Avropa İttifaqı liderlərinin NATO-nun dəyişən təhlükəsizlik mühitinə uyğunlaşmasını təmin edən, Uels Sammitində alınan qərarların tətbiqi nəzərdən keçiriləcək, birgə müdafiə sistemini möhkəmləndirəcək əlavə tədbirlərin görülməsi müzakirə olunacaq.

  Bundan başqa, Əfqanıstandakı Qərarlı Dəstək Missiyası Bölümündə iştirak edən NATO liderləri və əlaqədar beynəlxalq təşkilatların nümayəndələrilə birgə iclas keçiriləcək, Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinin 2018-2020-ci illər üçün maliyyə büdcəsiylə bağlı danışılacaq.

  Dövlət və hökumət başçıları səviyyəsində olacaq NATO Zirvə Toplantısında Minsk müqavilələrinin həyata keçirilməsi məsələləri və Ukraynadakı vəziyyət də müzakirə olunacaq.

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Sammitdə ölkənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu və Milli Müdafiə naziri Fikri İşıkla birlikdə iştirak edəcək.



Әlaqәli Xәbәrlәr