Giresunda hәrbi helikopter qәzaya uğrayıb

Türkiyәnin Giresun şәhәrindә  hərbi  helikopterin  qәzaya uğraması nәticәsindә  7 nәfәr hәyatını itirib, 8 nәfәr dә yaralanıb.

524398
Giresunda hәrbi helikopter qәzaya uğrayıb

Türkiyәnin Giresun şәhәrindә  hərbi  helikopterin  qәzaya uğraması nәticәsindә  7 nәfәr hәyatını itirib, 8 nәfәr dә yaralanıb.

Helikopterin göyərtəsində  jandarma qüvvələrinin yüksək rütbəli zabitləri, onların həyat yoldaşları və uşaqlar olub.

Məlumata görə, nümayəndə heyəti hərbi  jandarm mәntәqәlәrindә  çәtin şәraitdә hәrbi xidmәtini yerinә yetirәn әsgәrlәr ilә  hərbçilərin ailələrinə baş çəkməyə gedirmiş. 

Hərbi personal və ailələrini daşıyan Sikorsky tipli hərbi helikopter Giresuna geri qayıdarkәn  Alucra rayonunun  Tohumluk  kəndində  yerli saat ilә 17:15 radələrində qәzaya uğrayıb.

 Türkiyәnin  Baş Qərargah Rәisliyindәn verilәn açıqlamada, helikopterin qәzaya uğraması nәticәsindә 7 nәfәrin hәyatını itirdiyi, 8 nәfәrin isә xәsarәt aldığı  bildirilib.

Açıqlamada hәmçinin  yaralananların bölgәdәki xәstәxanalara  aparıldığı qeyd olunub.

Ramazan bayramı münasibətilə Giresunda olan Baş nazir müavini  Nurettin  Canikli  Jandarm Bölgə Komandanlığına gedәrәk  mətbuata qapalı görüş keçirib. Canikli  təxminən 1 saat davam edən görüşdәn sonra  Yağlıdərə Dövlət Xəstəxanasına gələrək yaralılara baş çәkib.

 Canikli  Giresun Dövlət Xəstəxanasında jurnalistlərə verdiyi açıqlamada qәzaya qeyri-sabit hava  şəraitin  səbəb olduğunu bildirib.

 Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  qəza ilә bağlı  Baş Qərargah Rəisi General Hulusi Akardan  məlumat alıb.

 Baş nazir Binali Yıldırım da Baş Qərargah Rəisi  Hülusi Akar və Giresun Valisi Karahan ilә telefon әlaqәsi saxlayaraq hadisә ilә bağlı mәlumat alıb.

Yıldırım hadisә  ilә bağlı jurnalistlәrә verdiyi açıqlamada  qәzanın qeyri-sabit  hava şәraiti sәbәbiylә olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr