Daxili İşlər naziri Əfqan Ala: istintaq davam edir

Atatürk Hava Limanında törədilən terror aktına görə məsuliyyəti DEAŞ daşıya bilər.

521121
Daxili İşlər naziri Əfqan Ala: istintaq davam edir

Bu barədə Türkiyənin Daxili İşlər naziri Əfqan Ala məlumat verərək bildirib ki, tədqiqatlar davam edir. Ankarada şəhid ailələri və qazilər üçün təşkil olunmuş iftar süfrəsində iştirak edən Daxili İşlər naziri daha sonra jurnalistlərin suallarını cavablandırıb. Əfqan Ala istintaqın ciddi şəkildə davam etdirildiyini və faktlar barədə dəqiq məlumat veriləcəyini açıqlayıb.

Nazir terror hadisəsindən sonra bəzi ölkələrin məsələ ilə bağlı Türkiyəyə yardım təkliflərinin də dəyərləndirildiyini bildirib. Hadisəni qlobal terrorla əlaqələndirən Türkiyə daxili işlər naziri bunu əldə olan məlumatlarla əsaslandırıb.



Әlaqәli Xәbәrlәr