Razılaşmadan sonra Qəzzaya ilk yardım

Türkiyə-İsrail arasındakı razılaşmadan sonra Qəzzaya ilk yardım iyulun 1-də “Mersin” limanından göndəriləcək

520598
Razılaşmadan sonra Qəzzaya ilk yardım

  10 min ton humanitar yardım "Leyla xanım" adlı gəmiylə aparılacaq. Humanitar yardım Fövqəladə Hallar və Təcili Yardım Nazirliyi, Torpaq Məhsulları Ofisi və Türkiyə Qırmızı Aypara Cəmiyyəti tərəfindən təşkil olunub. Yük İsrailin Aşdod limanından Qəzzaya çatdırılacaq. Cəmiyyətin rəhbəri Kərim Kınık bildirib ki, “Yardım Qəzzada qaçqın və ehtiyacı olan insanlara paylanılacaq”.



Әlaqәli Xәbәrlәr