“DAEŞ layihə əsasında yaradılmış bir təşkilatdır!” B.Bozdağ

Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ terror təşkilatı DAEŞ-lə ən ciddi mübarizəni verən tək ölkənin Türkiyə olduğunu vurğulayıb

518296
“DAEŞ layihə əsasında yaradılmış bir təşkilatdır!” B.Bozdağ

  Bəkir Bozdağ Hüquqi Araşdırmalar Dərnəyinin (HUDER) İller Bankı İctimai Mərkəzində təşkil etdiyi iftarında çıxışı zamanı deyib: “DAEŞ terror təşkilatıyla da mübarizədə digər terror təşkilatlarıyıa mübarizədə olduğu kimi Türkiyə qərarlıdır. DAEŞ layihə əsasına yaradılmış bir təşkilatdır. Və bu təşkilatdan Türkiyə də böyük zərər çəkir.”

  Bozdağıın gündəmində Avropa İttifaqında yaşanan məsələlər də olub. İttifaqın Türkiyəyə səmimi davranmadığına diqqət çəkən Ədliyyə naziri bu qəribəliyi də dilə gətirib: “Türkiyə Avropa İttifaqına girmək istədiyi halda İngiltərə referendum nəticəsində ondan ayrılma qərarı verdi. Səbəb Türkiyənin Avropa İttifaqı əlaqələri söylənilir. Halbuki Türkiyə İttifaqa yük olmayacaq, yük alacaq. Amma maraqlıdır, İngiltərədə referendum olur, məsələyə Türkiyəni qatırlar. Almaniyada seçki olur, gündəmə Türkiyəni salırlar. Fransada, Hollandiyada, Avstriyada seçkilər olur, yenə Türkiyənin adı hallanır. Məgər siz Türkiyə parlamentinin millət vəkillərini seçirsiniz? Ya hökumətinə səs verirsiniz? Niyə Türkiyə adı olmadan işinizi görə bilmirsiniz? Demək, bunlar nəyi göstərir? - Türkiyənin gücünü. Artıq Türkiyənin gücü elə bir nöqtəyə gəlib ki, başqa ölkələr siyasi tarazlıq mövzusunu müzakirə edərkən, iqtidar seçimlərini edərkən Türkiyənin onların partiyalarına baxışına önəm verir.”

  Bu sözləri Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ İller Bankı İctimai Mərkəzində təşkil edilən iftarda çıxışı zamanı söyləyib.



Әlaqәli Xәbәrlәr