Havanın hərarəti təbii fəlakət səviyyəsindədir

İstanbul Texniki Universiteti (İDİ) Təyyarə və Kosmos Elmləri Fakültəsi Meteorologiya Mühəndisliyi Bölümünün müəllimiprofessor Orxan Şən Türkiyənin böyük bir hissəsində temperaturların təbii fəlakət səviyyəsinə gəldiyini bildirir.

518063
Havanın hərarəti təbii fəlakət səviyyəsindədir


 Şən: " Ege və Aralıq dənizində temperaturlar +45 dərəcəyə çatıb. Bunlar təbii fəlakət səviyyəsidir" dedi.
 
 Orxan Şən yalnız zəlzələ və selin deyil, hədsiz istilərin də təbii fəlakət olduğunu qeyd etdi.
 
 Yaxın günlərdə temperaturların bir qədər də artacağından xəbər verən prof. Orxan Şən bu il bütün Yer kürəsində  isti hava dalğasının olduğunu bildirdi.
 
 Rusiyada belə temperatur rekordlarının olduğunu söyləyən Şən bunların səbəblərindən birinin El Nino, digərinin də qlobal isinmə olduğunu vurğuladı.
 
 Şən temperatur rekordlarının iyul və avqust aylarında da davam edəcəyini deyir.



Әlaqәli Xәbәrlәr