MHP millət vəkilləri Berlində etiraz mühazirələri oxuyacaqlar

Türkiyənin Mİlliyyətçi Hərəkat Partiyasının millət vəkili Ümid Özdağ və Yusuf Halaçoğlu Almaniya Parlamentinn "Erməni iddiaları" qərarına Berlində mühazirə oxuyaraq etiraz edəcəklər.

517400
MHP millət vəkilləri Berlində etiraz mühazirələri oxuyacaqlar

Özdağ və Halaçoğlu Belinə uçma ərəfəsində Esenboğa hava limanında mətbuat kpnfransı keçirdilər.

Türk tarixində ermənilərin iddia etdiyi kimi qara ləkənin olmadığını vurğulayan MHP Qaziantep millət vəkili Özdağ həqiqəti hər platformadan dilə gətirmənin milli məsuliyyət olduğunu bildirdi.
  
Özdağ: " Bu, hüquqi cəhətdən bədnam bir qərardır. Bu məsələ ilə əlaqədar etiraz mühazirələri oxuyacağıq" dedi.
MHP Kayseri millət vəkili, tarixçi Yusuf Halaçoğlu da oxuyacaqları mühazirələrin hər kəsə açıq olduğunu bildirərək: "Bu utancverici qərara imza atan Türk mənşəli alman millət vəkillləri gəlsinlər sual versinlər, cavablarını verək" dedi.

Halaçoğlu: "Öldürüldükləri söylənilən ermənilərin məzarları hardadır?" deyə soruşuruq. Yerini bilirlərsə bu kütləvi məzarları açaq" ifadələrini işlətdi.
 



Әlaqәli Xәbәrlәr