Türk Silahlı Qüvvәlәrinin terrorçulara qarşı hava әmәliyyatları davam edir
Türk Silahlı Qüvvələri separatçı terror təşkilatı PKK-ya qarşı ölkә daxilindә vә xaricindә hava әmәliyyatı hәyata keçirib.
516333
Dünən axşam saatlarında Diyarbəkirin Licә qәsәbәsindә həyata keçirilən hava әmәliyyatında terror tәşkilatı PKK-nın mövqelәri atәşә tutulub.
Gecә saatlarında isә İraqın şimalında yerlәşәn Sinat, Haftanin vә Metina bölgәlәrinә hava әmәliyyatı tәşkil edilib.
Әmәliyyat nәticәsindә terrorçulara mәxsus mövqelәr mәhv edilib.
Digәr tәrәfdәn Suriyanın şimalından Türkiyәyә atәş açmağa hazırlaşan mövqelәr fırtına mәrmilәri ilә atәşә tutulub. Әmәliyyata koalisiya qüvvәlәrinә mәxsus tәyyarәlәr dәstәk verib.
Hәyata keçirilәn әmәliyyat nәticәsindә ilkin mәlumatlara görә 8 DEAŞ üzvü terrorçu zәrәrsizlәşdirilib.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.