R.T.Ərdoğan:''Türkiyə xalqı müsəlman olduğu üçün Aİ onu öz sıralarına qəbul etmək istəmir''

Türkiyәnin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə xalqı müsəlman olduğu üçün Avropa İttifaqı onu öz sıralarına qəbul etmək istəmir deyib

516326
R.T.Ərdoğan:''Türkiyə xalqı müsəlman olduğu üçün Aİ onu öz sıralarına qəbul etmək istəmir''

Türkiyәnin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə xalqı müsəlman olduğu üçün Avropa İttifaqı onu öz sıralarına qəbul etmək istəmir deyib.

Türkiyәnin  dövlәt başçısı bu sözlәri  Fatih Sultan Mehmet Universitetinin buraxılış gecәsindәki çıxışı zamanı deyib.

R.T.Әrdoğan  Aİ liderlərinin sözlərinə əməl etmədiklərini deyib.

R.T. Ərdoğan  Avropa Komissiyasının sədri Jan Klod Yunkerin dediyi  "əgər geri qəbul müqaviləsi pozulsa, dövlәt  başçısı  R.T.Ərdoğan Türk xalqına niyә  Avropaya vizasız gedə  bilmәdiklәrini də açıqlamalıdır" sözlərini tənqid edib.

 Dövlət başçısı Yunkerә sәslәnәrәk bu sözləri söyləyib: "Sən Türk millətini tanımamısan. Bu millət  vizanın, geri gәbulun marağında yox, mәhz siz Türkiyәnin  marağındasınız’’.

 Avropa Birliyi müzakirələrinin referendumda  aparılmasının siqnalını  verən dövlət başçısı bildirib ki,  Aİ  bizə verdiyi sözü yerinə yetirmədiyi üçün biz dә xalqdan  soruşacağıq görək  Aİ ilə danışıqlar bitsinmi, yoxsa davam etsin. Millət nə desə, biz də onu yerinə yetirəcəyik. 



Әlaqәli Xәbәrlәr