Terror tǝşkilatı PKK-nın daha 16 mövqeyi hava hücumları nǝticǝsindǝ mǝhv edilib
Türkiyǝnin döyüş tǝyyarǝlǝri xain terror tǝşkilatı PKK-nın mövqelǝrini hǝm ölkǝ daxilindǝ hǝm dǝ sǝrhǝddǝn kǝnarda vurmaqda davam edir.
Terror tǝşkilatı PKK-nın daha 16 mövqeyi hava hücumları nǝticǝsindǝ mǝhv edilib.
Türkiyǝnin döyüş tǝyyarǝlǝri xain terror tǝşkilatı PKK-nın mövqelǝrini hǝm ölkǝ daxilindǝ hǝm dǝ sǝrhǝddǝn kǝnarda vurmaqda davam edir.
Silahlı Qüvvǝlǝrǝ mǝxsus döyüş tǝyyarǝlǝri dünǝn gecǝ saatlarında PKK-nın İraqın şimalındakı Qǝndil, Sinat vǝ Haftanin bölgǝlǝrindǝki mövqelǝrinǝ hava hücumu hǝyata keçirib.
Әmǝliyyat nǝticǝsindǝ terror tǝşkilatına mǝxsus sığınacaq yerlǝr vǝ silah-sursat anbarlarının daxil olduğu 5 hǝdǝf mǝhv edilib.
Başqa bir hava ǝmǝliyyatı isǝ Diyarbǝkir vilayǝtinin Licǝ qǝsǝbǝsinin ǝrazilǝrindǝ hǝyata keçirilib. Hǝmin ǝmǝliyyat nǝticǝsindǝ isǝ PKK-ya mǝxsus 11 mövqe mǝhv edilib.
Digǝr tǝrǝfdǝn Diyarbǝkir vilayǝtinin Licǝ, Hani, Silvan, Kulp vǝ Hazro qǝsǝbǝlǝrinǝ bağlı 25 kǝnddǝ küçǝyǝ çıxmaq qadağan edilib.
Valiliyin açıqlamasında Licǝ, Hani vǝ Silvan qǝsǝbǝlǝri ǝrazilǝrindǝ yerlǝşǝn dağlıq vǝ meşǝ sahǝlǝrindǝ fǝaliyyǝt göstǝrǝn terrorçuların zǝrǝrsizlǝşdirilmǝsi, bölgǝdǝ terrorçuların istifadǝ etdiyi sığınacaq yerlǝri, silah-sursat anbarlarının müǝyyǝnlǝşdirilmǝsi vǝ bunların ǝlǝ keçirilmǝsi mǝqsǝdi ilǝ ǝmǝliyyat hǝyata keçirilǝcǝyi bildirilib.
Әlaqәli Xәbәrlәr
Yaşar Gülər Misir Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.