Binəli Yıldırım terrorun ölkə gündəmindən çıxacağını bildirib

Baş nazir Türkiyənin regional tərəqqini qonşuları ilə birlikdə təmin edəcəyini bildirib.

512521
Binəli Yıldırım terrorun ölkə gündəmindən çıxacağını bildirib

“Türkiyəyə qarşı bütün məkrli planlar, oyunlar iflasa məhkum olacaq”.  Bunu Ankara Ticarət Palatasında bu günə qədər Ədalət və İnkişaf Partiyasında vəzifə alan rayon icra başçıları ilə iftar proqramında bir araya gələn baş nazir Binəli Yıldırım deyib.

Terrorun ölkə gündəmindən çıxacağını vurğulayan baş nazir bildirib ki, bu mövzudan imtinanın zamanı yetişməkdədir. Artıq rifaha, 2023 hədəflərinə hesablanan nəhəng layihələr, Türkiyədə yeni konstitusiya, prezidentlik üsul-idarəsi kimi vacib məsələlər daha aktualdır. Terrorun Türkiyənin gündəmini zəbt etməyə əsla icazə verilməyəcək.

 Türkiyənin xarici siyasətinə də diqqət çəkən Binəli Yıldırım bildirib ki, Ankaranın prioritet seçdiyi “dostları artıran, düşmənləri azaldan siyasət” regional əməkdaşlığı daha da gücləndirəcək. Türkiyə regional tərəqqini qonşuları ilə birlikdə təmin edəcək.



Әlaqәli Xәbәrlәr