R.T.Әrdoğan: ‘‘Bәrәkәt paylaşdıqca artar’’

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan  İstanbul Haliç Konqres Mərkəzində Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi MÜSİAD-ın iftar yemәyindә çıxış edib.

509449

R.T.Әrdoğan çıxışı zamanı  İraqda, Suriyada, Fələstində, Myanmada hər gün günahsız insanların qətlə yetirildiyini  qeyd edərək, ölkәlәrindәki  münaqişələrdən qaçan milyonlarla müsəlmanın müxtəlif ölkələrdə ağır şərtlər altında həyat mübarizәsi  verdiyini söyləyib.

Aralıq dənizinin yüzlərlə qaçqına mәzar olmağa davam etdiyini vurğulayan Әrdoğan: ‘‘Afrikada  orucunu açmaq üçün tәmiz su, bir tikә çörәk tapa bilmәyәn qardaşlarımız var. Bәrәkәt paylaşdıqca artar. Bizim ölkә vә millәt olaraq heç bir mәzluma üz döndәrmәyә haqqımız yoxdur. Әrtafımızdan başlayaraq ölkәmizdәki  bütün ehtiyac sahiblәrinә elәcә dә  İraqlı vә Suriyalı qonaqlarımıza sahib çıxmalıyıq’’ deyә qeyd edib.

 Türkiyədə qaçqınların bir qisminin çadırlarda bir qisminin dә konteyner şәhәrciklәrindә  yaşadıqlarını qeyd edәn  Ərdoğan, əslində bütün qaçqınların  konteyner şәhәrciklәrindә yamalarını arzuladıqlarını deyib.

Әlaqәli Xәbәrlәr