Binali Yıldırım : ""Heç kimin şübhəsi olmasın, terrorun öhdəsindən gələcəyik"

Türkiyənin Baş naziri Binalı Yıldırım terrorla mübarizələrini əzmlə davam etdirəcəklərini bildirərək: "Heç kimin şübhəsi olmasın, terrorun öhdəsindən gələcəyik" dedi.

508559
Binali Yıldırım : ""Heç kimin şübhəsi olmasın, terrorun öhdəsindən gələcəyik"

Binali Yıldırım dünən Türkiyənin  Van şəhərində  vətəndaşlarla birlikdə iftar etdi.
 
 Baş nazir çıxış edərək terrorla mübarizə mövzusuna toxundu və bu mübarizədə qətiyyət vurğusunu təkrarladı.
 
Türkiyənin şərqində kiçik sahibkarların da terrordan əziyyət çəkdiyini bildirən Binali Yıldırım: "Bütün bu açıları yaşadanlar və üstəlik də bunları Kürd xalqını müdafiə etmək naminə etdiyini deyənlər, indi sizdən soruşuram," Kürd xalqına xidmət"  əsnafı həyatından bezdirməkdir? Kürd xalqını sevmək, ona xidmət etmək məhəllələrdə, küçələrdə xəndək qazmaq, küçə və prospektləri viranə qoymaqdır ? Kürd xalqını sevmək, əslində Kürd xalqına xidmət üçün çalışanların iş yerlərini  yandırmaqdır?" deyə danışdı.



Әlaqәli Xәbәrlәr