“Mavi bayraq” yarışında Türkiyǝ ikinci yeri tutacağını özünǝ tǝmin etdi

Türkiyǝdǝ tǝmiz çimǝrliklǝrin sayı 444-ǝ çıxıb.

506438
“Mavi bayraq” yarışında Türkiyǝ ikinci yeri tutacağını özünǝ tǝmin etdi

Türkiyǝ Ekologiya üzrǝ Tǝhsil Fondu Şimali Әgǝ Vilayǝtlǝri koordinatoru Doğan Karataş Türkiyǝnin cari il tǝmiz olan çimǝrlik sayını 444-ǝ çıxardığını vǝ bununla da ikinci yeri tutacağını bildirib.

Mavi Bayraq Ekologiya üzrǝ Tǝhsil Fondunun dǝyǝrlǝndirmǝsi nǝticǝsindǝ Aydın vilayǝtinin Kuşadası qǝsǝbǝsindǝ dǝniz suyunun tǝmizliyi, ekologiyaya yetirdiyi diqqǝt, ǝtraf-mühit şüurunun yaranması mǝqsǝdilǝ keçirilǝn tǝdbirlǝr  ilǝ tǝhcizat vǝ tǝhlükǝsizlik sahǝlǝrindǝki tǝdqiqat nǝticǝsindǝ bǝzi otellǝrǝ “mavi bayraq” verilib.

Doğan Karataş tǝdbirdǝ jurnalistlǝrǝ açıqlama verǝrǝk, “mavi bayraq” tǝdbirini cari il Kuşadasında başlatdıqlarını bildirib.

Cari ildǝ daha 3 otel vǝ bir yaxt limanının mavi bayraq aldığını ifadǝ edǝn Karataş “Türkiyǝnin bu il mavi bayraq sayı 444-ǝ çatıb. Bununla da dünyada ikinci yeri tutmaq imkanını qazanıb. Birinci yerdǝ İspaniya vǝ üçüncü yerdǝ isǝ Yunanıstan qǝrarlaşır. Türkiyǝ miqyasında “mavi bayraq” sayını 15 faiz artıra bilsǝk uzun müddǝtdir “mavi bayraq” çempionu olan İspaniyanın ǝlindǝn birinci yeri alarıq”-deyǝ  qeyd edib.



Әlaqәli Xәbәrlәr