Aram Ateşyan Ərdoğana göndərdiyi məktubda kədərini ifadə etdi

Türkiyə Erməniləri Patriarx Baş Vəkili Aram Ateşyan Almaniya Federal Məclisinin "1915-ci il hadisələri" ilə bağlı qəbul etdiyi qərar haqqında Prezident Rəcəb Tayyib Ərdoğana məktub göndərdi.

506161
Aram Ateşyan Ərdoğana göndərdiyi məktubda kədərini ifadə etdi

Türkiyə Erməniləri Patriarx Baş Vəkili Aram Ateşyan Almaniya Federal Məclisinin "1915-ci il hadisələri" ilə bağlı verdiyi qərar haqqında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərdi.
 
 Ateşyan məktubunda Federal məclisin  hakim rolunda çıxış etməsinin qəbuledilməz olduğunu qeyd edərək: " Qərar millətimizdə dərin bir kədər yaratmışdır"  yazır.
 
 Almaniya Federal Məclisinin aldığı qərarı tənqid edən AteşyanTürk və ermənilərin  ağrılı-əzablı günlər yaşayanların nəvələri olduğunu bildirərək: "OsmanlıTürkiyəsinin günahlandırmasından da irəli gedərək, tamamilə günahkar elan edilməsi etik cəhətdən mübahisəli bir faktdır" deyir.
 
 Ateşyan məktubunda iki qədim və qonşu xalqın  nifrət və düşmənçilik ifadələri ilə bir-birindən uzaqlaşdırmamasının və tarixin siyasiləşdirilməsi yerinə dostluq və sülh uğrunda çalışmaq lazım olduğunu vurğulayır.



Әlaqәli Xәbәrlәr