Türkiyə rusiyalı TIR sürücülərinə viza reyimi tətbiq edəcək

Türkiyədə Rusiyaya məxsus TIR-ların  sürücülərinə iyunun 1-dən etibarən viza reyimi tətbiq olunacaq.

502753
Türkiyə rusiyalı TIR sürücülərinə viza reyimi tətbiq edəcək

 Beynəlxalq Transportyorlar (Daşıyıcılar) Cəmiyyəti (UND) İdarə Heyətinin sədri Fatih Şener təyyarə böhranından əvvəl Türkiyə və Rusiya arasında sərbəst viza rejimininin olduğunu, lakin Rusiyanın bu ilin əvvəlində türkiyəli TIR  sürücülərinə viza tətbiq etdiyini açıqladı.
 
 Rusiya tərəfindən səsrbəst viza rejiminin ləğv olunmasının Türk sürücülərinı çətin vəziyyətə saldığını və daşıyıcıların alternativ marşrut olaraq Xəzər dənizinə üz tutduqlarını söyləyən Şener:"Türkiyə aradan keçən müddətdə səbrlə viza rejimini tətbiq etmədi. Ancaq dövlətlərarası hüquq normaları Rusiyanın bu sanksiyaları müqabilində qarşılıq tədbirinin görülməsi tələb edirdi. Bu səbəbdən iyun ayının 1-dən etibarən Rusiyadan Türkiyəyə ərazisinə daxil olacaq sürücülərə viza rejimi tətbiq olunacaq" deyə danışdı.
 
 Rus siyasətçilərinin noyabrın 24-də Türkiyə hava məkanını pozan Rusiya təyyarəsinin vurulmasından sonra açıqlamaları ilə  ölkələrini Türk sürücüləri üçün təhlükəli hala gətirdiklərini vurğulayan Şener: "Bu vəziyyətdə belə Türkiyə viza rejimi tətbiq etmədi. Amma ruslar Türk mallarının keçidi zamanı ciddi yoxlamalar tətbiq etməyə davam edirlər" dedi.



Әlaqәli Xәbәrlәr