Qərarın iki ölkə əlaqələrinə ciddi təsiri olacaq

Ərdoğan qərarın iki ölkənin əlaqələrinə ciddi təsirinin olacağını söyləyib.

503000
Qərarın iki ölkə əlaqələrinə ciddi təsiri olacaq

Dövlət Başçısı Rəcəb Tayyib Ərdoğan 1915.ci ildəki hadisələrlə elaqeli Ermǝni iddialarına dair qanun layihəsinin Almanya məclisində qəbul edilmesinin bu ölkə ilə münasibətlərə ciddi mənada təsir göstərəcəyini bildirib.

Rəsmi səfərlə Keniyada olan Ərdoğan ölkəyə qayıdandan sonra atılacaq addımları dəyərləndirəcəyini bildirərək, Xarici İşlər Nazirliyi məsullarí ilə mövzunu detallı şəkildə tədqiq edəcəyini söyləyib.

Baş nazir Binali Yıldırım isə Almaniyadakı səsvermədən sonra Berlindəki Türk səfirinin múşavirə məqsədi ilə geri çağırıldığını açıqlayıb.

Yıldırım Almaniya məclisində qəbul edilən qanun layihəsini Türkiyənin əsla qəbul etməyəcəyini vurğulayıb.

Baş nazir bildirib ki, bizim keçmişimiz bəllidir. Bu, səhv bir qərardır.

Baş nazirin múavini Numan Kurtulmuş da qəbul edilən qanun layihəsinin Türkiyə üçün heç bir hökmünün olmadığını söyləyib.

Kurtulmuş əsası olmayan iddiaların qəbul edilmesinin səhv olduğunu bildirərək, buna hər platformda lazim gələn  cavabın veriləcəyini vurğulayıb.

Xarici İşlər naziri Mevlüt Çavuşoğlu isə qərara sərt reaksiya gõstərərək bildirib ki, özlərinin qaranlıq səhifələrini məsuliyyətsiz və əsassızca başqa ölkələrin tarixlərinə qara yaxaraq bağlaya bilməzlər.



Әlaqәli Xәbәrlәr