Baş nazir gündəmdə olan məsələlərdən danışıb

Baş nazir bildirib ki, məlum səsvermə Almaniyanın həqiqi dostluqdan bir testi olacaq. Onun sözlərinə görə, bu, təkcə Türkiyənin yox, Almaniyanın da problemidir.

502599
Baş nazir gündəmdə olan məsələlərdən danışıb

"Almaniya həqiqi dostluq testindən keçir". Bunu Ədalət və İnkişaf Partiyasının vilayətlərdəki təşkilatlarının sədrlərinin iştirakı ilə keçirilən görüşdə baş nazir Binalı Yıldırım Almanya Parlamentində bu gün səsverməyə çıxarılacaq 1915 hadisələri ilə bağlı layihəyə münasibət bildirərkən deyib.
Baş nazir bildirib ki, məlum səsvermə Almaniyanın həqiqi dostluqdan bir testi olacaq. Onun sözlərinə görə, bu, təkcə Türkiyənin yox, Almaniyanın da problemidir. "Çünki Almaniyada türk mənşəli 3,5 milyon seçici var. Alman iqtisadiyyatına 40 milyard avro töhfə verən, 400 min iş yeri açan, milyonlarla insana çörək verən böyük bir icmanı xəyal qırıqlığına uğratmağa Alman dostlarımızın haqqı yoxdur".

Terrorla mübarizə əməliyyatlarına da toxunan Yıldırım deyib ki, terror qrupları silahları atıb bu ölkəni tərk etməyənədək mübarizə qətiyyətlə davam edəcək.



Әlaqәli Xәbәrlәr