"Türkiyənin viza rejiminin ləğvi məsələsində irəliləyiş qeydə alınıb", Y.K.Yunker

Junker Lüksemburqda verdiyi açıqlamada Türkiyənin viza rejiminin ləğvi məsələsində irəliləyiş qeydə alındığını bildirib.

500749
"Türkiyənin viza rejiminin ləğvi məsələsində irəliləyiş qeydə alınıb", Y.K.Yunker

Avropa İttifaqı Komissiyasının sədri Yan Klod Yunker Türkiyənin terrorla mübarizə qanununu dəyişməsinin qurumun əsas şərtlərindən biri olduğunu deyib.

 Junker Lüksemburqda verdiyi açıqlamada Türkiyənin viza rejiminin ləğvi məsələsində irəliləyiş qeydə alındığını bildirib.

 Viza rejiminin ləğvi üçün Türkiyənin 72 şərti yerinə yetirməsinin vacib olduğunu qeyd edən Junker bildirib ki, Ankara indiyə qədər 69-70 şərti yerinə yetirib.

Qeyd edək ki,  Brüssel viza rejiminin ləğvi üçün Türkiyədən terrorla mübarizə haqqında qanunu dəyişməsini istəyir. Rəsmi Ankara isə Avropa İttifaqının terrorla mübarizədə Türkiyənin həssaslıqlarını nəzərə almadığını bildirir.



Әlaqәli Xәbәrlәr