14 terrorçu zәrәrsizlәşdirilib

Türkiyәnin Hakkari şәhәrinin Şәmdinli qәsәbәsindә  dünәn gecә  hәyata keçirilәn әmәliyyat zamanı yaralanan  bir әsgәr  xәstәxanada şәhid olub.

500813
14 terrorçu zәrәrsizlәşdirilib

Qәsәbәyә tәşkil edilәn hava hәrәkatında isә  terror tәşkilatının mövqelәri mәhv edilib.

Digәr tәrәfdәn  Şırnakda  zirәhli polis maşını keçdiyi zaman  terror tәşkilatının yol kәnarına yerlәşdirdiyi  bombanın partlaması nәticәsindә  4 nәfәr hәyatını itirib, 5-i polis olmaqla 23 nәfәr dә yaralanıb.

Baş Qәrargah Rәisliyindәn verilәn mәlumata әsasәn, 25-29 may tarixlәrindә İraqın şimalında yerlәşәn Metina bölgәsinә isqitamәtli dә hava әmәliyyatı hәyata keçirilib. 

Nәticәdә 14 terrorçu zәrәrsizlәşdirilib, 3 sığınacaq yeri vә 2 iriçaplı pulemyot mövqeyi mәhv edilib.

Silopi qәsәbәsinin mәrkәzindә dünәn axşan baş verәn hadisә nәticәsindә  hәyatını itirәnlәrdәn biri 4 yaşlı uşaq olub.

Qeyd edәk ki, partlayış nәticәsindә hәmçinin çox sayda maşına vә evә ziyan dәyib.

Hücumu törәdәn terrorçuların saxlanılmasu üçün  bölgәdә  әmәliyyәt başladılıb.



Әlaqәli Xәbәrlәr