Suriyadan Kilisə raket atıldı, yaralılar var

Suriyadan atılan 3 raket mərmisinin Türkiyənin Kilis şəhərinin Elbeyli qəsəbəsinə düşməsi nəticəsində 5 nəfər yaralandı.

499155
Suriyadan Kilisə raket atıldı, yaralılar var

 Vətəndaş müharibəsinin davam etdiyi Suriyadan atılan raketlər rayon mərkəzindəki bir evin bağçası ilə boş ərazilərə düşdü.
 
 Nəticədə ətrafdakı bəzi binaların şüşələri də sındı.
 
 Yaralılar Kilis Dövlət Xəstəxanasına aparıldı.
 
 Polis dəstələri mərmilərin düşdüyü bölgədə geniş təhlükəsizlik tədbirləri görərək təhqiqata başladı.



Әlaqәli Xәbәrlәr