Ərdoğan: "Gənclərimizin iqtidar mübarizələrinin aləti olmasına imkan verməyəcəyik"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıda Türkiyəni  bir dönüş nöqtəsi gözlədiyini dedi.

499159
Ərdoğan: "Gənclərimizin iqtidar mübarizələrinin aləti olmasına imkan  verməyəcəyik"

 Ərdoğan Kırşehir Əxi Evran Universitetində ona fəxri professor adı verilməsi münasibətilə keçirilən mərasimdə çıxış etdi.
 
 Yaxın keçmişdə Türkiyədə demokratikləşmə uğrunda mübarizədən bəhs edən Ərdoğan qanla, kapitalla və hətta terrorla milləti yönləndirmək istiqamətindəki bütün cəhdlərin boşa çıxacağını artıq hər kəsin anlamasının lazım olduğunu söylədi.
 
 Millətin yeni əzablar çəkməsinə razı olmayacaqlarını vurğulayan Ərdoğan: "Gənclərimizin hakimiyyət uğrunda mübarizələrin vasitəsi olaraq istifadə edilmələrinə imkan vermədik, verməyəcəyik. Gələcəyimizin təminatı olan böyük Türkiyənin qurucuları olan  övladlarımızdan heç birinin  qana susamış siyasət vampirlərinin aləti olmasına göz yummayacağıq" deyə danışdı.
 
 Yeni hökumət proqramında səs vermə və seçilmək yaşının 18 olaraq müəyyənləşdirildiyini  də xatırladan Ərdoğan, bunun gənclərin gələcəyi üçün çox böyük  fürsət olduğunu ifadə etdi.
 
 Yeni konstitusiya üzərindəki işlər və prezidentlik sistemi məsələləri də Ərdoğanın gündəmində idi.
 
 Ölkənin, millətin öz konstitusiyasını yazacaq, idarəetmə sisteminə qərar verəcək qədər  səlahiyyətə, gücə və özünə inama  malik olduğunu vurğulayan Ərdoğan: "Ölkəmizdəki demokratiya prezidentlik sistemi daxil olmaqla, hər növ mübahisəni edəcək kamilliyə çatmışdır. Heç şübhəm yoxdur. Önümüzdəki dövrün bu baxımdan ölkəmiz və millətimiz üçün bir dönüş nöqtəsi olacağına inanıram" dedi.



Әlaqәli Xәbәrlәr