Tələ-partlayıcılar Vanda 6 əsgərin ölümünə səbəb oldu

Türkiyənin Van şəhərinin Çaldıran qəsəbəsində zirehli maşın keçərkən əl istehsalı olan tələ-patlayıcının partlaması nəticəsində 6 əsgər şəhid olub, 2-si yaralanıb

497091
Tələ-partlayıcılar Vanda 6 əsgərin ölümünə səbəb oldu

  Baş Qərargahdan verilən məlumata görə, “Van Çaldıran - Ağrı Doğubayazıt quru yolunun PKK terrorçuları tərəfindən kəsilərək 10 yük maşınının yandırılması hadisəsinə müdaxilə etmək üçün dünən saat 17.00-da bölgəyə gələn zirehli maşın hərəkət halında ikən partlayış törədilib. Yaralılar xəstəxanaya aparılıb. Bölgəyə vertolyot, kəşfiyyat təyyarəsi sövq edilib, terrorçuları zərərsizləşdirmək üçün qurudan və havadan əməliyyatlar davam edir."

  Şırnakın Silopi qəsəbəsində isə Təhlükəsizlik Qüvvələrinin “Dayan'' çağırışını saymayan terrorçular qumbara atmaq istəyib. Amma qumbaranın maşın içində partlaması nəticəsində 2-si qadın olmaqla 3 terrorçu ölü olaraq ələ keçib. Axtarış zamanı maşında 1 iri çaplı silah, 1 tapança və 2 əl qumbarası tapılıb.

  Bingöl əməliyyatında isə 3 kişi terrorçu zərərsizləşdirilib. Terrorçulardan biri başı üçün 300 min lira mükafat qoyulan, boz siyahıda adı olan Abidin Bayram olub.

  Mardinin Nusaybin qəsəbəsində isə PKK terrorçuları tərəfindən açılan çuxurların doldurulması, qurulan barrikadaların qaldırılması, əl istehsalı tələ-partlayıcıların məhvi və ictimai qaydaların yenidən bərpa edilməsi istiqamətində Türkiyə Silahlı Qüvvələri (TSK) və Təhlükəsizlik Qüvvələrinin birgə başladığı "Atmaca-7 əməliyyatı" davam edir. Bu çərçivədə mühasirəyə alınan və çıxış yolları bağlanılan terrorçulardan 25-i təslim olub.



Әlaqәli Xәbәrlәr