Rəcəb Tayyib Ərdoğan dövlət başçıları ilə təkbətək görüş keçirib

Türkiyәnin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İstanbulda tәşkil edilәn Ümumdünya Humanitar Sammitində çıxışı zamanı terrorla mübarizәnin bundan sonra da qәtiyyәtlә davam edәcәyini bildirib.

496435
Rəcəb Tayyib Ərdoğan dövlət başçıları ilə təkbətək görüş keçirib

Türkiyәnin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İstanbulda tәşkil edilәn Ümumdünya Humanitar Sammitində çıxışı zamanı terrorla mübarizәnin bundan sonra da qәtiyyәtlә davam edәcәyini bildirib.

Sammit çərçivəsində dövlәt başçısı R.T. Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Pan Qi- Mun və Almaniya kansleri Angela Merkel də daxil olmaqla bir çox dövlət başçıları ilə təkbətək görüşüb.

İkitərəfli görüşlәrdә Suriyadakı son hadisәlәr, terrorla mübarizə, qaçqın böhranı, Türkiyə və Avropa İttifaqı arasında fəaliyyət planı kimi məsələlər müzakirə olunub.

BMT Baş Katibi Pan Qi-Mun R.T.Ərdoğanla ikitərəfli görüşündə Nyu Yorkdan kənarda әn böyük BMT sammitinin İstanbulda keçirilməsi ilə əlaqədar Türkiyə dövlətinə təşəkkür edib.

Dövlәt başçısı Suriyadakı  vəziyyətlə bağlı müzakirə zamanı terrordan təmizlənmiş təhlükəsiz bölgə yaratmağın əhəmiyyətini xatırladıb, Pan Qi-Mun da Cenevrə danışıqlarından nəticə almaq üçün atəşkəsin qorunmasının lazım olduğunu bildirib.

Dövlәt başçısı R.T. Әrdoğan ikitәrәfli görüşlәrindә Türkiyәnin terrorla mübarizә mәsәlәsindә güzәştә getmәyәcәyini də vurğulayıb.

Dövlət başçısının Almaniya kansleri Angela Merkellə görüşündə isә viza sərbəstliyi çәrçivәsindә terrorla mübarizә mәsәlәsindә Türkiyənin prioritetlərini də nəzərə alacaq ətraflı qiymətləndirmə üçün Avropa İttifaqı qurumları ilə görüşlərin keçirilməsi barədə razılıq əldə olunub.



Әlaqәli Xәbәrlәr